APOEL "Qarabağ"la oyuna havayı bilet paylayır

Avropa Liqasının qrup mərhələsi çərçivəsində keçiriləcək "Qarabağ" - APOEL oyununda qonaq komandanın azarkeşləri də iştirak edəcək. Newsport.az saytının Kipr mətbuatına istinadən məlumatına görə, Nikosiya təmsilçisi bununla bağlı elan yayıb.

Bildirilir ki, TRAVELNETCY Səyahət Agentliyi ilə Bakıya səfər edəcək azarkeşlərə şirkət tərəfindən havayı biletlər paylanacaq. Bundan başqa, bu səfər azarkeşlərin "Sadiqlik üzvü" kartına 125 xal qazandıracaq.

Qeyd edək ki, "Qarabağ" - APOEL matçı oktyabrın 24-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right