Rüstəm Əfsərli hücuma məruz qaldı

CBC Sport"un tanınmış şərhçisi, eyni zamanda ATV-də "Yol əhvəlatı" verilişinin aparıcısı Rüstəm Əfsərli Mərakeşdə çəkiliş vaxtı  hücuma məruz qalıb. "Yol əhvəlatı" verilişinin çəkilişi zamanı motosikletlə hərəkət edən şəxs Əfsərlinin çantasını oğurlayaraq hadisə yerindən qaçıb.

Newsport.az-ın məlumatına görə, R.Əfsərli çantasının içində 15 gün əvvəl aldığı, dəyəri 1700 manat olan telefon, eynək, pasport və 300 avro olduğunu bildirib. Onun sözlərinə görə, çantanı oğurlayan şəxs tapılmayıb.

R.Əfsərli Mərakeşdə pasportu əvəzləyən sənəd alıb Bakıya qayıtdıqdan sonra yeni pasport əldə edib.

 

Həmin anın videosunu təqdim edirik:

Qafqazinfo.az
 




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right