"Qarabağ"da Xayme Romero sevinci

"Qarabağ"ın futbolçusu Xayme Romero komanda ilə birgə məşqlərə başlayıb.

 

Newsport.az klubun "Facebook" səhifəsinə istinadən xəbər verir ki, ispaniyalı yarımmüdafiəçi Ağdam klubunun ötən gün keçirdiyi məşqdə kollektivlə birgə hazırlaşıb.

 

"Zirə" ilə oyunda zədələnən futbolçu Avropa Liqasında "Düdelanj"la matçı buraxmışdı. 28 yaşlı cinah futbolçusu oktyabrın 24-ü APOEL-lə Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək qarşılaşmada meydanda olacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right