Gözü Rəşad Sadıqovun rekordunda olan Dmitri Nazarov: Azərbaycandan təkliflər alıram

"Hər kəs pleymeyker mövqeyində daha yaxşı olduğumu bilir. Hücumçuların arxasında oynayanda meydanı daha yaxşı görürəm. Bu baxımdan baş məşqçinin də məni dəstəkləməsi önəmlidi". Newsport.az saytının məlumatına görə, bunu Azərbaycan millisinin yarımmüdafiəçisi Dmitri Nazarov deyib.

Almaniyada "Aue" klubunun şərəfini qoruyan 29 yaşlı futbolçu bu günlərdə müqavilə müddətini 2023-cü ilə qədər uzadıb. O, yerli mətbuata açıqlamasında Azərbaycandan təkliflər aldığını da etiraf edib: "Azərbaycandan daim təkliflər alıram. Beynəlxalq matçlar da istəkləri təmin edir. Belə oyunlar hər zaman diqqət çəkir. Ancaq "Aue"də özümü yaxşı və dəyərli hiss edirəm. Bu səbəbdən klubumla yeni müqavilə bağladım. Yeni sözləşmə imzalamazdan əvvəl baş məşqçi ilə söhbətimiz yaxşı alındı. O, məni uzun müddət burda qalmaq üçün hər şeyə inandırdı. Tezliklə Milad mövsümü başlayacaq. Mən burdakı ənənəyə heyranam. Auedəki insanlar çox sevimli və istiqanlıdılar".

Cəza səbəbindən AVRO-2020-nin seçmə mərhələsində Macarıstanla (0:1) son qarşılaşmaya çağırılmayan Nazarov Azərbaycan yığmasının heyətində 40 oyunda 8 qola imza atıb. O, zarafatla Rəşad Sadıqova məxsus millidə ən çox oyun keçirmə rekordunda gözü olduğunu deyib: "Son 7 ildə ilk dəfə milli komandanın oyunları zamanı yaranmış fasiləni boş keçirirəm. Millidə 40 oyun keçirmişəm. Bu baxımdan rekord Rəşad Sadıqova məxsusdu. Onun 111 oyunluq rekorduna çatmaq üçün hələ bir neçə il də oynamalıyam".

Qeyd edək ki, Dmitri Nazarov 2014-cü ildən Azərbaycan millisinə çağırılır.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right