Hacıyev “Trabzonspor” – “Krasnodar” oyununda

AFFA-nın baş katibinin müavini Sərxan Hacıyev UEFA-dan növbəti təyinatı alıb. Newsport.az saytının məlumatına görə, o, Avropa Liqasının qrup mərhələsindəki oyunda iş başında olacaq.

Belə ki, oktyabrın 24-də Trabzon şəhərindəki Şenol Güneş Spor Kompleksində keçiriləcək III turun “Trabzonspor” (Türkiyə) – “Krasnodar” (Rusiya) oyununun UEFA nümayəndəsi həmyerlimiz olacaq.

Qeyd edək ki, Sərxan Hacıyev bu mövsüm Avropa Liqasının II təsnifat mərhələsində “Fehervar” (Macarıstan) – “Vaduz” (Lixtenşteyn) qarşılaşmasının da UEFA nümayəndəsi olub.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right