APOEL-in dərdi: "Qarabağ"la oyunlar pis vaxta düşür

Avropa Liqasının qrup mərhələsində "Qarabağ"ın rəqibi olan APOEL üçün mövsümün ən sıx dönəmi başlayır. Newsport.az saytının məlumatına görə, milli komandaların oyunları ilə əlaqədar yaranmış fasilədən sonra Kipr təmsilçisini ardıcıl çətin görüşlər gözləyir.

Bununla bağlı araşdırma aparan Kipr mətbuatı Tomas Dollun işinin ağır olacağını yazıb. Belə ki, komanda həftəsonundan başlayaraq, dekabra qədər - 40 gün ərzində 9 oyun keçirəcək ki, bunun 6-sı ölkə çempionatı, 3-ü isə avrokuboka təsadüf edir.

Həmkarlarımız almaniyalı mütəxəssisin heyətdə rotasiyalar etməsinin qaçılmaz olduğunu vurğulayıb: "Çempionatda AEK, "Apollon" və "Omoniya" ilə görüşləri xüsusi qeyd etmək lazımdı. Avropa Liqasında isə hər üç oyun komandanın növbəti mərhələ şansını müəyyənləşdirmək baxımından vacibdi. Əsas rəqib "Qarabağ"la ardıcıl iki matç və evdə məğlub olduğumuz "Düdelanj"la səfər qarşılaşması çox pis vaxta düşür. Zədələr, yorğunluq fonunda bu gərgin dönəmdən uğurla çıxmaq heç də asan olmayacaq".

Qeyd edək ki, APOEL-lə "Qarabağ" arasında oyunlar oktyabrın 24-də Bakıda, noyabrın 7-də isə Nikosiyada keçiriləcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right