Azərbaycan Avropanın ən zəif altı komandasından biridir

AÇ-2020-nin seçmə mərhələsində 8-ci turun oyunları başa çatıb.

 

Newsport.az xəbər verir ki, E qrupunda qərarlaşan Azərbaycan millisi 6-cı  oyununda Macarıstanın qonağı oldu və 0:1 hesabı ilə uduzdu. Qələbəyə həsrət qalan Azərbaycan yığması bir xalla seçmə mərhələdə 55 komanda arasında ən pis göstəricələrə malik olan altı millidən biridir.

 

Azərbaycanla yanaşı, Litva və Estoniya da bir xal qazanıb. San Marino, Cəbəllütariq və Latviya isə xalsızdır.

 

Nikola Yurçeviçin rəhbərlik etdiyi komanda 5 qol vurub, qapısından 14 top buraxıb.

 

Azərbaycan - 1 xal, 5:14

Litva - 1 xal, 5:19

Estoniya - 1 xal, 2:14

Cəbəllütariq - 0 xal, 2:19

Latviya - 0 xal, 2:27

San Marino - 0 xal, 0:43.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right