Azarkeşlərin Essyen üsyanı

Goal.com nəşri "Çelsi"nin XXI əsrdəki ən güclü "11-liy"ini müəyyənləşdirib. Newsport.az saytının məlumatına görə, simvolik komandada həm hazırda, həm də keçmişdə bu komandanın formasını geyinmiş ulduzlar yer alır.

Ancaq seçilən heyətlə bağlı müəyyən narazılıqlar var. "Zadəganlar"ın fanatları, xüsusən də, orta sahədə yanlış seçim edildiyini düşünürlər. Onlar hazırkı baş məşqçi Frenk Lempardla yanaşı, bu heyətə düşməyə ən çox haqq edən oyunçunun Maykl Essyen olduğunu vurğulayıblar.

Sosial şəbəkə vasitəsilə etirazını bildirən London klubunun fanatları hazırda "Səbail"in formasını geyinən qanalının paytaxt təmsilçisinin uğurlarında Xuan Mata və Nqolo Kantedən çox əməyinin olduğunu qeyd ediblər.

Goal.com-un rəmzi "11-liy"i isə bu oyunçulardan qurulub: Petr Çex - Con Terri, Qari Keyhill, Branislav İvanoviç, Eşli Koul - Xuan Mata, Nqolo Kante, Frenk Lempard - Villian, Eden Azar, Didye Droqba.

Qeyd edək ki, Maykl Essyen "Çelsi"yə 2005-ci ildə 24.4 milyon funt-sterlinq müqabilində "Lion"dan keçib. Qanalı yarımmüdafiəçi 9 il "zadəganlar"ın şərəfini qoruyub, Premyer Liqa, İngiltərə Federasiya Kuboku, İngiltərə Liqa Kuboku, İngiltərə Superkuboku və Çempionlar Liqasını qazanıb. "Çelsi"nin heyətində 256 matçda 25 qola imza atan 37 yaşlı orta sahə oyunçusu bu ildən ölkəmizdə "Səbail"in formasını geyinir.





Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Sabah