Milan Obradoviç: "Rəqibə istədiyi futbolu oynamaq imkanı vermədik"

Azərbaycan U-21 millisinin baş məşqçisi Milan Obardoviç komandasının AVRO-2021-in seçmə mərhələsində Sumqayıtda İsveçrəyə uduzduğu görüşdən sonra fikirlərini bildirib.

Newsport.az-ın məlumatına görə, serbiyalı mütəxəssis 0:1 hesablı məğlubiyyəti belə şərh edib:

"Planlaşdırdığımız kimi oynadıq. Ancaq futbolda hər detal vacibdi. Bu gün bizə çox az şey çatmadı. Rəqibə istədiyi oyunu oynamağa imkan vermədik. Əlbəttə, nəticədən razı qalmadım, amma futbolçulardan razı qaldım. Komanda olaraq inkişaf istiqamətində daha bir addım atmış olduq. Ancaq çox işləməliyik. Rəqibə də yaxşı oyuna görə təşəkkür edirəm”.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right