Nikola Yurçeviç: "Uels və Slovakiyanı təəccübləndirməyə çalışacağıq"

Azərbaycan millisinin baş məşqçisi Nikola Yurçeviç "Sport News"a saytına açıqlama verib.

 

Newsport.az xəbər verir ki, 52 yaşlı mütəxəssis AÇ-2020-nin seçmə mərhələsinin Macarıstanla səfər oyununda (0:1) baş hakim Dennis Hiqlerin 90+3-cü dəqiqədə yanlış qərar verməsindən danışıb. Yurçeviç hollandiyalı referinin oyundan sonra üzr istədiyini söyləyib:

 

"Daha öncə belə qərarın mənim olduğum oyunlarda verildiyini xatırlamıram. Öncə mərkəzi göstərdi, futbolçumuz təmiz qol vurmuşdu. Daha sonra isə qərarı dəyişdi. Matçdan sonra hakim qolun təmiz olduğunu söylədi, amma bunu heç bir səbəb olmadan ləğv etmişdi. Oyun bitəndən yarım saat sonra mənə yaxınlaşdı və dedi ki, səhvimi gördüm, yanlış qərar verdim, üzgünəm və bu, mənim səhvimdir. Hiqler gənc və yaxşı hakimdir. 

 

Bu qol bizim qrupdakı yerimiz üçün böyük əhəmiyyət kəsb etmirdi. Ancaq biz xal qazanmaq istəyirdik. Bu qol həm də Xorvatiyaya yardım edəcəkdi və onlar final mərhələsinə yüksələcəkdi. Xorvatiya hələ də qrupun favoritidir. Xorvatiyanın sonda lazım olanı reallaşdıra biləcəyinə inanıram.

 

Hamı bizdən xalla götürsə də, biz əlimizdən gələni etməyə davam edəcəyik. Xorvatiyanı büdrətdik, Macarıstandan da bir xal götürə bilərdik. Uels və Slovakiyanı təəccübləndirməyə çalışacağıq".

 

Azərbaycan yığması seçmə mərhələdə 6 oyuna 1 xal toplayıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right