UEFA-dan “Qarabağ”a 1 milyon 140 min avro

Azərbaycan klublarının 2019-2020-ci il mövsümündə UEFA-nın bayrağı altında keçirilən turnirlərdə iştirakı üçün UEFA-nın ayırdığı vəsait AFFA-nın vasitəsilə klubların büdcəsinə köçürülüb.

Newsport.az AFFA-nın saytına istinadən xəbər verir ki, UEFA Çempionlar Liqasında iştiraka görə “Qarabağ”ın hesabına 1 milyon 140 min avro daxil edilib.

UEFA Avropa Liqasında iştirak üçün “Neftçi”yə 780 min avro, “Qəbələ”yə 260 min avro, “Səbail”ə isə 240 min avro ödənilib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right