Millimiz İsveçrəyə uduzdu Yenilənib

Azərbaycan U-21 millisi Avropa çempionatının seçmə mərhələsində növbəti oyununu keçirib.

Milan Obradoviçin rəhbərlik etdiyi kollektiv doğma meydanda İsveçrə yığması ilə qarşılaşıb. Sumqayıtda keçirilən matç saat 20:00-da start götürüb.

Görüş qonaq komandanın minimal hesablı qələbəsiylə başa çatıb - 1:0.

İlk turda Lixtenşteynə uduzan (0:1) milli Slovakiya üzərində qələbə qazansa da (2:1), son iki oyunda Gürcüstana 0:3, Fransaya 0:5 uduzub. Cəmi 3 xalı olan komandamız qrup sonuncusudu.

AVRO-2021-in seçmə mərhələsi
2-ci qrup

15 oktyabr

20:00. Azərbaycan - İsveçrə - 0:1
Qol: 
Nedim Bayrami, 32

Baş hakim: Novak Simoviç (Serbiya).
Sumqayıt. “Kapital Bank Arena”.

Azərbaycan: 12. Kamran İbrahimov, 2. Amin Seydiyev, 3. Turan Manafov, 5. Nihad Tamazov, 6. Hacıağa Hacılı (k), 7. Fərid Nəbiyev, 10. İsmayıl İbrahimli, 17. Doğukhan Öksüz, 18. Anton Krivotsyuk, 21. Barış Ekincier, 23. Ozan Can Kökcü;
Ehtiyat oyunçular: 22. Nicat Mehbalıyev, 4 Səbuhi Allahverdizadə, 8. Rafael Məhərrəmli, 9. Rövlan Muradov, 11. Şakir Seyidov, 13. Murad Qayalı, 14. Elvin Cəfərquliyev, 15. Hüseyn Seyliğli, 16. Süleyman Əhmədov;
Baş məşqçi: Milan Obradoviç.

İsveçrə: 21. Entoni Rasioppi, 2. Cordan Lotomba, 3. Silvan Sidler, 4. Yan Bamert, 5. Van Der Verff, Toni Domqyoni, 7. Dan Ndoye, 8. Bastyen Toma (k), 9. Jeremi Jillemeno, 10. Nedim Bayrami, 11. Ruben Varqas;
Ehtiyat oyunçular: 1. Filipp Köhn, 13. Leo Seydu, 14. Sedrik Zesiqer, 15. Yves Kayser, 16. Petar Pusiç, 17. Kevin Rüqq, 18. Miro Muheim, 19. Filip Uqriniç, 20. Filip Stoyilkoviç;
Baş məşqçi: Mauro Lustrinelli.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right