Şeydayevin yeni baş məşqçisi müəyyənləşir

Azərbaycan millisinin hücumçusu Ramil Şeydayevin şərəfini qoruduğu "Dinamo" yeni baş məşqçi axtarışlarını davam etdirir. Newsport.az saytının Rusiya mətbuatına istinadən məlumatına görə, Moskva təmsilçisi Mirça Luçesku ilə anlaşmağa çox yaxındı.

Premyer Liqanın aşağı sıralarında qərarlaşan klub rəhbərliyi rumıniyalı mütəxəssislə ordan qurtulacağını düşünür. Tərəflər arasında ilkin danışıqlar artıq müsbət nəticələnib. Luça yayda transferlərə kifayət qədər pul xərcləyən "Dinamo" ilə uğur qazanacağına inanır. Həftə ərzində onunla rəsmi müqavilənin imzalanması gözlənilir.

Qeyd edək ki, Mirça Luçeskunun son iş yeri Türkiyə millisi olub.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right