Riçard Almeydanın durumuna aydınlıq gəldi

Macarıstan yığması ilə AÇ-2020-nin seçmə matçında meydanı vaxtından əvvəl tərk edən Azərbaycan millisinin futbolçusu Riçard Almeydanın zədəsi ciddi deyil.

Newsport.az-ın məlumatına görə, bu barədə 30 yaşlı yarımmüdafiəçinin özü açıqlama verib. Braziliya əsilli futbolçu bildirib ki, 54-cü dəqiqədə diz nahiyəsindən aldığı zərbə nəticəsində ağrılar hiss edib. Bu səbəbdən, oyunu davam etdirməməsi məqsədəuyğun sayılıb.

“Qarabağ”ın oyunçusu oktybarın 19-da Premyer Liqanın VIII turunda “Qəbələ” ilə səfər qarşılaşmasında meydana çıxmasının mümkünlüyünü əlavə edib (Report).





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right