Azər Bağırov rəsmən "Qəbələ"də

“Qəbələ”nin məşqçilər korpusunda dəyişiklik baş verib.

Newsport.az klubun saytına istinadən xəbər verir ki, əsas komandada yeni məşqçi təyinatı rəsmiləşib. Azər Bağırov mövsümün sonunadək "Qırmızı-qaralar"da çalışacaq.

“Pro” kateqoriyasına malik olan 38 yaşlı mütəxəssis cari mövsümün əvvəlində I divizion təmsilçisi “Turan-Tovuz”un baş məşqçisi olub. O, məşqçi karyerasında “Qaradağ Lökbatan” və MOİK klublarına da rəhbərlik edib.

MOİK ötən mövsüm Bağırovun rəhbərliyi altında divizionun qalibi olmuşdu.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right