“Üzrə görə xal vermirlər” – Araz Abdullayev

Azərbaycan millisinin futbolçusu Araz Abdullayev AVRO-2020-nin seçmə mərhələsində Macarıstanla səfər oyunundan (0:1) sonra “FutbolPress”ə açıqlama verdi.

Newsport.az-ın məlumatına görə, o, görüş barədə bunları söylədi:

“1 xalı haqq etmişdik. Hakim oyundan sonra dedi ki, qolunuzu saymadığımıza görə üzr istəyirik. Amma bu heç nəyi dəyişmir. Üzrə görə xal vermirlər. Qarşıdakı oyunlara baxmalıyıq.

Öz oyunum? Bu barədə danışmağı xoşlamıram. Çalışdım ki, komandaya kömək edim”.

 

 

 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right