Millinin qrup sonuncusu olacağı rəsmiləşdi

Azərbaycan millisinin AVRO-2020-nin seçmə mərhələsində öz qrupunun sonuncusu olacağı rəsmiləşib.

Newsport.az-ın məlumatına görə, bir qədər əvvəl başa çatan oyunların nəticələri ilə rəsmiləşib. Səfərdə Macarıstana yenilən (0:1) Azərbaycan yığmasının Uelsin Xorvatiyaya uduzmamasından (1:1) sonra sonuncu sıradan xilas olmaq şansı qalmayıb.

Hazırda 1 xalı olan Nikola Yurçeviçin komandası 4-cü pillədəki Uels yığmasından 7 xal geri qalır. Qalan iki matçda qələbə də milli komandaya sonuncu - 5-ci sıradan yaxasını qurtarmaq üçün bəs etməyəcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right