Qara Qarayev: “Hakimdə Macarıstana rəğbət var idi”

Azərbaycan millisinin futbolçusu Qara Qarayev AVRO-2020-nin seçmə mərhələsində Macarıstanla səfər oyunundan (0:1) sonra “FutbolPress”in suallarını cavablandırdı.

Newsport.az-ın məlumatına görə, bu görüşdə kapitanlıq sarğısını daşıyan yarımmüdafiəçi əvvəlcə görüş barədə fikirlərini bildirdi...

- Macarıstana evdə məğlub olmuşduq. Bu üzdən daha ehtiyatlı oynamaq istəyirdik. Son zamanlarda hesabda geri olduğumuz hallarda, oyun yaxşı alınır, ən azından sonlarda rəqib qapısı qarşısında imkan yaradıb qol vururuq. Bu da həmin matçlardan biri oldu. Baxmayaraq ki, irəli xətdə müəyyən çatışmazlıqlarımız var idi, komanda olaraq yaxşı müdafiə olunduq. Uğur qazanırdıq və qazandıq da. Ancaq nəticə etibarı ilə heç nə əldə edə bilmədik.

- Hakim qərarı haqda fikrin nədi?
- Hakimlər haqda çox danışmaq istəmirəm. Ancaq maraqlıdı, əgər qolu qeydə alır, sonra qərarı dəyişirsə, bunun dəlili olmalıdı. Fakta əsaslanmalıdı ki, qərarını niyə dəyişib. Düşünürəm ki, burda bir qədər Macarıstana qarşı rəğbət var idi. Yoxsa, tər-təmiz qol idi. Oyundan sonra da hakim səhv etdiyini dedi. Üzr istəmək asandı, amma xalımızı əlimizdən aldılar.

- Komanda oyunun əvəlində aciz görünürdü. Bu, nədən qaynaqlanırdı?
- Bu, hazırlıqsızlığın, hansısa problemlərin olması demək deyil. Rəqibin belə başlayacağı məlum idi. Biz Bəhreynlə matçda da bunu hiss etdik. Komanda evdə oynayırsa, ilk dəqiqələrdən bütün imkanlarını ortaya qoymaq istəyir. Bizim oyunlarımızda ilk 10-15 dəqiqə daha gərgin keçir. Bunu dəf edə biləndə nəticə yaxşı olur. Təəssüf ki, bu dəfə alınmadı. Daha sonra isə rəqibə 100 faizlik epizodlar vermədik.

- Meydana komandanı kapitan kimi çıxardın. Necə hiss idi?
- Kapitamlıq sarğısını daşımaq qürurvericidi. Allah qismət eləsin, karyeramın sonuna qədər layiqli şəkildə daşıya bilim.

- Hakimin səhvini çıxsaq, bir kapitan kimi bu gün komandanın xal qazana bilməməsində əsas səbəbi nədə görürsən?
- Ən çox problem ön xətdə çoxluq yarada bilməməyimiz idi. Əgər bunu edə bilsəydik, daha yaxşı olardı. Fasiləyə qədər rəqib topa nəzarət etdi. Belədə, biz öz qapımıza yaxın oynayırdıq. Əks-hücumlarda isə çoxalmaq çətin idi. Ancaq düşünürəm ki, zaman-zaman biz daha yaxşı oynadıq. Hesabı bərabərləşdirə bilərdik. Sonuncu epizodu çıxsaq, digər 100 faizlik şansımız olmadı, amma imkanlar yarada bilirdik.





Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Sabah