Macarıstanı məğlub et, 50 min qazan!

Millimiz sabah AVRO-2020-nin seçmə mərhələsi çərçivəsində Macarıstanın qonağı olacaq. Budapeşt şəhərindəki “Qroupama Arena”da keçiriləcək matça saat 20:00-da start veriləcək.

Newsport.az-ın məlumatına görə, AFFA rəhbərliyi yığma üzvlərinə böyük mükafat fondu ayırıb. Qazanılacaq qələbə əsas heyət üzvlərinin hər birini 50 min manat irəli salacaq. Heç-heçənin maddi qarşılığı isə 25 min manat olaraq müəyyənləşdirilib.

Müqayisə üçün deyək ki, ötən tur xorvatlarla Bakıda 1:1 etmiş futbolçulara AFFA tərəfindən 30 min manat verilib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right