"Nəhayət, millidə qol vurdum" - Rüfət Dadaşov

Bəhreynlə keçirilən yoldaşlıq oyununda (3:2) komandamızın ilk qolunun müəllifi olan Rüfət Dadaşov bu barədə təəssüratlarını bölüşüb.

Newsport.az-ın məlumatına görə,  3-cü  Bundesliqa təmsilçisi “Proyssen”də çıxış edən hücumçu “Bild” nəşrinə qısaca açıqlamasında yığmada 6 illik qol həstərinə son qoyduğu üçün sevindiyini deyib:

"Nəhayət ki, uzun fasilədən sonra Azərbaycan millisinin heyətində qol vurdum. Macarıstanla qarşıdakı matçda da meydana çıxacağıma ümid edirəm".

Qeyd edək ki, Bəhreynlə görüşdə millimizin heyətində 5-ci qolunu vuran Dadaşov sonuncu dəfə 2013-cü ildə rəqib qapısına yol tapmışdı.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right