"Komandanın oyunundan razı qaldım" Ayxan Abbasov

"Sumqayıt"ın baş məşqçisi Ayxan Abbasov "Qarabağ"la bərəbərə qaldıqları yoxlama oyununu (1:1) şərh edib.

Newsport.az-ın məlumatına görə, o, matçla bağlı deyib:

“Yoxlama oyunu keçirməkdə əsas məqsədimiz bütün komandanı iş başında görmək idi. Oyun yaxşı keçdi. Ağır məşqlərdən sonra yoxlama oyununun vacib olduğunu düşünürəm. Futbolçulara bəzi tapşırıqlar verilmişdi. Ona görə də hər iki hissəni demək olar ki, fərqli heyətlə keçirdik. Ümumilikdə komandanın oyunundan razı qaldım. Gələn həftədən etibarən “Səbail”lə oyunun hazırlıqlarına başlayacağıq”.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right