Zaur Həşimov: "Bəzi dəyişiklikləri həyata keçirmək üçün vaxta ehtiyacımız var"

"Zirə"nin baş məşqçisi Zaur Həşimov "Qəbələ" ilə keçirdikləri yoxlama oyunundan fikirlərini bölüşüb.

 

Newsport.az-ın məlumatına görə, 38 yaşlı mütəxəssis 1:2 hesablı məğlubiyyəti şərh edib:

 

"Küləkli hava hər iki komandanın oyununa mane olurdu. Cəmi iki məşqə çıxmışıq, ilk oyunumuz idi. Heç taktiki məşqimiz də olmayıb ki, istədiklərimizi futbolçulara aşılaya bilək. Ona görə də qeydə alınan hesabı normal qarşılayıram. Bəzi dəyişiklikləri həyata keçirmək üçün vaxta ehtiyacımız var. Daha əvvəl komandada iki zədəli futbolçu var idi, "Qəbələ" ilə Premyer Liqa oyununda daha üç futbolçumuz zədələnib, bu da komandaya öz təsirini göstərir".





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right