Emil Balayev: "Sabah həyəcanlı olmayacam"

AÇ-2020-nin seçmə mərhələsində Macarıstan yığmasının qonağı olacaq Azərbaycan millisinin futbolçusu Emil Balayev oyun öncəsi mətbuat konfransında fikirlərini bildirdi.

 

Newsport.az xəbər verir ki, 25 yaşlı matça yaxşı hazırlaşdıqlarını bsöylədi:

 

“Komandamızda əhval-ruhiyyə yüksəkdir. Çünki bura Bəhreyndən qələbə ilə gəlmişik. Oyuna yaxşı hazırlaşmışıq. Macarıstanın Xorvatiyaya 0:3 hesablı məğlubiyyəti hələ heç nə demək deyil. Sabah bizi maraqlı oyun gözləyir”.

 

Qazaxıstan “Tobol”unun qapıçısı Xorvatiyaya qarşı debüt matçında həyəcanlı olmadığını da dilə gətirdi: “Futbol kollektiv oyundur. Bəli, ilk matçım idi. Ancaq gərgin deyildim, çünki komanda yoldaşlarım mənə inamını nümayiş etdirirdi. Düşünürəm ki, sabah da həyəcanlı olmayacam”.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right