Rüfət altı il sonra millidə qol vurmasından danışdı: "Nəhayət, bunu bacardım"

Azərbaycan millisinin Bəhreynlə keçirilən yoldaşlıq oyununda (3:2) ilk qolunun müəllifi olan Rüfət Dadaşov "Bild" nəşrinə qısa açıqlama verib.

Newsport.az-ın məlumatına görə, Almaniya III Bundesliqa təmsilçisi “Proyssen”də çıxış edən 28 yaşlı hücumçu altı illik həsrətə son qoyduğu üçün sevindiyini deyib:

"Nəhayət, uzun fasilədən sonra Azərbaycan millisində qol vura bildim. Macarıstanla oyunda da meydana çıxacağıma ümid edirəm".

Almaniya futbolunun yetirməsi olan milliləşən legionerin yığmada keçirdiyi 24-cü oyunda 5-ci qolunu vura bilib. 

Dadaşov fasilələrlə çağırıldığı yığmada son qolunu 6 il əvvəl – 2013-cü il oktyabrın 11-də vurmuşdu. O, Şimali İrlandiya ilə DÇ-2014-ün Bakıdakı seçmə oyununda (2:0) fərqlənmişdi.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right