Məşhur sayt "Karvan"ı "diriltdi" və Ermənistana "göndərdi" Foto

Futbol matçlarının canlı nəticələrini təqdim edən "Futbol24.com" saytı uzun illər bundan əvvəl fəaliyyətini dayandırmış Yevlaxın "Karvan” klubunu "dirildib”. 

Newsport.az xəbər verir ki, adıçəkilən sayta inansaq, 2014-cü ildə dağılan futbol klubu bu gün "oyun keçirib”.

Daha qəribə odur ki, "Karvan” Ermənistanda yerli "Şirak” klubu ilə yoxlama oyunu "keçirib".

Məsələni araşdıranda məlum olub ki, "Şirak” bu gün "Karvan” yox, "Van” ilə yoxlama oyunu keçirib. Ad oxşarlığı isə belə nöqsanın yaranmasına səbəb olub.

"Karvan” 2004-2014-cü illərdə mövcud olmuş klubdur. Yevlax klubu Yunis Hüseynovun rəhbərliyi altında Azərbaycan çempionatının gümüş və bürünc medallarını qazanıb, ölkə kubokunun finalında mübarizə aparıb, sonra isə fəaliyyətini dayandırıb.

 

Məşhur sayt "Karvan"ı "diriltdi" və Ermənistana "göndərdi" -
Məşhur sayt "Karvan"ı "diriltdi" və Ermənistana "göndərdi" -
 

 





Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Sabah