Vaqif Heydərli: "Fəridə bir neçə klubdan təklif var"

Gənclər yığmamızın hücumçusu Fərid Nəbiyev qışda "Slaviya"dan ayrıla bilər.

 Newsport.az xəbər verir ki, bu barədə Sportinfo.az-a futbolçunun meneceri Vaqif Heydərli məlumat verib.

Onun sözlərinə görə, Praqa klubunun əvəzedici heyətində çıxış edən forvarda bir neçə yeni təklif gəlib:

"Ola bilər ki, Fərid "Slaviya" ilə müqaviləsinin müddətini uzadıb, başqa komandaya icarəyə verilsin. Təklif göndərənlərdən biriylə birbaşa müqavilə bağlaması da mümkündür.

Belə olan halda, yəqin ki, "Slaviya"nın da öz şərtləri olacaq. Məsələn, sonrakı satışdan müəyyən faizin onlara ödənilməsi kimi. Fərid "Slaviya"nın ikinci heyətində oynasa da, həftədə bir neçə dəfə əsas komandayla məşqə çıxır.

Onlar burada ən çox çexiyalı gənclərə üstünlük verirlər, legionerləri az oynadırlar. Çempionlar Liqasında çıxış edən komandadır, təbii ki, nəticəni düşünürlər. Biz də istəyirik ki, Fərid oynaya biləcəyi yerə getsin, özünü göstərsin".





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right