"Bunu unutmasaq Azərbaycanın işini asanlaşdırarıq"

"Artıq ilk hissədə xorvatlar qapımızdan 3 top keçirdi. Hər kəs boynuna alar ki, həmin 45 dəqiqədəki çıxışımız komandamızın səviyyəsinə uyğun deyildi". Newsport.az saytının məlumatına görə, bunu Macarıstan yığmasının qapıçısı Peter Qulaçi deyib.

AVRO-2020-nin seçmə mərhələsində Xorvatiyanın qonağı olan macarlar Spliti 0:3 hesablı məğlubiyyətlə tərk edib.

Qarşılaşmadan sonra fikirlərini bildirən Qulaçi məyusluğunu dilə gətirib. "Leypsiq"in 29 yaşlı qolkiperi, xüsusən də, ilk hissədəki zəif oyunu vurğulayıb: "Mən təkcə səhvlərdən deyil, passivlikdən, döyüşməməkdən, depressiyaya düşməkdən danışıram. Rəqib daha böyük dinamika ilə oynadı. Biz isə özümüzü böyük səhv edəcək vəziyyətlərə saldıq. Bu matçı unutmasaq, ilk yarıdakı kimi, Azərbaycan da daxil olmaqla, digər rəqiblərin bizə qarşı futbol oynamasını asanlaşdırarıq. İkinci hissədə heç olmasa, komanda yaşadığını göstərdi. Hətta azlıqda qaldıqdan sonra da xorvatlara asan olmadı".

Qeyd edək ki, Macarıstan növbəti oyununu oktyabrın 13-də Budapeştdə Azərbaycan millisinə qarşı keçirəcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right