"Azərbaycanla matçöncəsi..." macar futbolçu

"Bura sürpriz etməyə gəlmişdik. Lakin matçın əvvəlində üç fərdi səhvlə özümüzü məğlub duruma saldıq və taleyimizi möhürlədik". Newsport.az saytı xəbər verir ki, bu sözlər Macarıstan yığmasının yarımmüdafiəçisi Mate Vidaya məxsusdu.

AVRO-2020-nin seçmə mərhələsində Splitdə Xorvatiya ilə qarşılaşan macarlar meydanı böyükhesablı məğlubiyyətlə (0:3) tərk edib.

Qarşılaşmadan sonra yerli mətbuata danışan 23 yaşlı dayaq yarımmüdafiəçisi zəif oynadıqlarını söyləyib: "Xorvatiya yığması daha sürətli oynadı və birinci hissədə meydanda tamamilə yox idik. Oyun haqda müsbət danışmaq çətindi. Çünki çox vacib görüşdə məğlub olduq. Rəqib dünyanın ən yaxşı komandalarından biri olsa belə, bu bizi narahat etməməli idi. İndi elə mərhələdəyik ki, mütləq toparlanmalı və Azərbaycanla matçöncəsi birlik yaratmalıyıq. Bu yolla səhvləri də düzəldəcəyik".

Qeyd edək ki, oktyabrın 13-də "Qrupama Arena"da keçiriləcək Macarıstan - Azərbaycan matçı Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.





Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Sabah