Millimizin oyununa 15 min uşaq

AVRO-2020-nin seçmə mərhələsi çərçivəsində Budapeştdə keçiriləcək Macarıstan - Azərbaycan oyunu boş tribunalar önündə oynanılmayacaq. Newsport.az saytının Macarıstan mətbuatına istinadən məlumatına görə, ev sahiblərini 14 yaşadək uşaqlar dəstəkləyəcək.

Slovakiya ilə qarşılaşmadakı irqçi davranışa görə macarlar cəzalandırıldığından, tribunalara yalnız uşaqlar buraxılacaq. "Qrupama Arena"ya nə qədər yeniyetmənin yığışacağı da məlumdu. Belə ki, 22 min tutuma malik stadionda oyunu 15 min uşaq izləyəcək. Onlar müxtəlif klublardan, məktəblərdən qeydiyyata alınıb.

Qeyd edək ki, oktyabrın 13-də keçiriləcək oyun Bakı vaxtı ilə 20:00-da başlayacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right