"Azərbaycana qarşı fərqli oynamalıyıq" Marko Rossi

Bugünkü oyunumuza görə üzr istəyirəm. Xüsusən də, matça gedən macar azarkeşlərindən". Newsport.az saytının məlumatına görə, bunu Macarıstan yığmasının baş məşqçisi Marko Rossi deyib.

AVRO-2020-nin seçmə mərhələsində Xorvatiyanın qonağı olan macarlar 0:3 hesablı məğlubiyyətə düçar olub. Rossi böyükhesablı yenilgidə fərdi səhvlərin həlledici olduğunu düşünür.

İtaliyalı mütəxəssis Azərbaycan millisinə qarşı keçiriləcək növbəti oyuna qədər toparlanmağın vacibliyini vurğulayıb: "Xorvatların gücü bəlli idi, amma bu şəkildə məğlub olduğumuzu qəbul edə bilmirəm. Xorvatların bizdən daha güclü olduğunu və vəziyyətdən çıxacağını bilirdik. Baş verənləri təhlil edib, bu məğlubiyyət ruhundan çıxmalıyıq. Bazar günü Azərbaycanla çox vacib oyunumuz olduğu üçün özünəinamı bərpa etməliyik. Bugünkü məğlubiyyətdə hər kəsin günahı var. Dörd-beş inanılmaz fərdi səhvə yol verdik və bunu birdən çox oyunçu etdi. Açığı, karyeramda komandamla belə bir şey keçirdiyimi xatırlamıram. Özümüzü aşmalı və bazar günü Azərbaycana qarşı tam fərqli oyun göstərməliyik. Bu cür performansla Uelsdə qələbə qazanacağımızı düşünmək ağılsızlıq olar. Hamıdan tam fərqli yanaşma gözləyirəm".

Qeyd edək ki, oktyabrın 13-də "Qrupama Arena"da keçiriləcək Macarıstan - Azərbaycan matçı Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.





Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Sabah