Təhsil Nazirliyi "Sabah"ı təltif etdi

Bu gün 13-cü Azərbaycan Beynəlxalq Təhsil Sərgisi çərçivəsində “Təhsil avtobusu-Nəsimi” yay məktəbi layihəsinə dəstək olan qurumların mükafatlandırılması mərasimi keçirilib.

Newsport.az-ın məlumatına görə, Azərbaycan Respublikası Təhsil Nazirliyi “Azərbaycan üçün öyrət” proqramı çərçivəsində reallaşdırılan “Təhsil Avtobusu-Nəsimi” Yay Məktəbinin (23-29 iyul 2019-cu il) uğurla həyata keçirilməsinə dəstək verdiyi üçün “Sabah” Futbol Klubunu təltif edib.

“EXPO Center”də keçirilən tədbirdə təhsil nazirinin müavini Məhəbbət Vəliyeva “Sabah” klubunun nümayəndəsi Pərvin Piriyevə təşəkkürnamə təqdim edib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right