Fransanın baş məşqçisi: "Debüt oyununda mütləq qalib gəlməliyik"

21 yaşlılardan ibarət milli komandamız bu gün AÇ-2021-in seçmə mərhələsində növbəti oyuna çıxacaq. Milan Obradoviçin komandası Kale şəhərindəki "Stade de L` Epopee" stadionunda fransalı həmyaşıdları ilə qarşılaşacaq.
 
Newsport.az Fransa mətbuatına istinadən xəbər verir ki, oyunu 8000 azarkeşin izləməsi gözlənilir. Qeyd edək ki, arena 12 432 tamaşaçı tutumuna malikdir.
 
Fransa yığmasının debütantlarından biri Sofiyan Alkauş Azərbaycanı ciddiyə almalı olduqlarını bildirib. "Nim"in futbolçusu deyib ki, rəqibə yuxarıdan aşağı baxmamalıyıq və seçmə mərhələyə qələbə ilə start verməliyik.
 
Millinin baş məşqçisi Silven Ripoll isə Avropa çempionatının final mərhələsinə çıxmaq uğrunda mübarizə aparacaqlarını deyib: "Biz sıfırdan başlayırıq. Seçmə mərhələdə ilk oyunumuza çıxırıq. Debüt oyununda mütləq qalib gəlməliyik".




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right