"Keşlə" yoxlama görüşü keçirəcək

Milli komandaların oyunları əlaqədar Premyer Liqada yaranmış fasilə zamanı "Keşlə" yoxlama görüşü keçirəcək. Newsport.az saytı xəbər verir ki, paytaxt təmsilçisi I divizion təmsilçisi ilə qarşılaşacaq.

Belə ki, bakılılar "Qaradağ Lökbatan"la oyunda qüvvəsini sınayacaq. Görüş oktyabrın 12-də Bakı Olimpiya Stadionunun ehtiyat meydançasında baş tutacaq.

Qeyd edək ki, "Keşlə" Premyer Liqanın ilk dövrəsindən sonra 11 xalla turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right