"Qarabağ"in rəqibi aparıcı oyunçusunu itirə bilər

"Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən APOEL aparıcı futbolçusu ilə vidalaşa bilər. Newsport.az-ın Kipr mətbuatına istinadən məlumatına görə, söhbət yarımmüdafiəçi Musa Tamaridən gedir.

Məsələ burasındadı ki, ötən il Kipr klubuna keçən İordaniya millisinin üzvünün çıxışı Avropa klublarının diqqətini cəlb edib. 22 yaşlı vingerə görə APOEL-in qapısını döyənlər var. Bunu klubun mətbuat xidmətinin rəhbəri Nektarios Petevinos da təsdiqləyib.

O, gənc futbolçunu saxlamaq istədiklərini, lakin Tamarisiz də zəifləməyəcəklərini söyləyib: "Musa komandaya çox tez uyğunlaşdı. Biz onu yalnız daha böyük liqalardan təklif gələrsə, göndərərik. Tamari qısa müddətdə komandanın aparıcı simalarından birinə çevrildi. Ancaq bu o demək deyil ki, APOEL ondan asılıdı".

Qeyd edək ki, APOEL Avropa Liqasının qrup mərhələsində növbəti oyununu oktyabrın 24-də Bakıda "Qarabağ"a qarşı keçirəcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right