Azərbaycan millisi Fransaya böyük hesabla uduzdu Yenilənib

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi bu gün Avropa çempionatının seçmə mərhələsində növbəti oyununu keçirib.

 

Newsport.az xəbər verir ki, Milan Obradoviçin rəhbərlik etdiyi kollektiv Fransa yığmasının qonağı olub. Qarşılaşma meydan sahiblərinin 5:0 hesablı qələbəsi ilə yekunlaşıb.

 

İlk turda Lixtenşteynə uduzan (0:1) milli ikinci turda Slovakiya üzərində qələbə qazansa da (2:1), son oyunda Gürcüstana böyük hesabla məğlub olmuşdu – 0:3.

 

Fransa yığması isə qrupda ilk matçını keçirmiş oldu.

 

AÇ-2021-in seçmə mərhələsi
II qrup

10 oktyabr

 

23:00. Fransa – Azərbaycan - 5:0

Qollar: Odson Eduard, 2, 36, Dan-Aksel Zaqadu, 40, Hussem Auar, 52, Arno Norden, 76

Baş hakim: Antoniu Nobre (Portuqaliya)

 

Fransa (4-3-3): 1. Alban Lafont, 2. Kelvin Amian, 3. Dan-Aksel Zaqadu, 4. Bobakar Kamara, 8. Hussem Auar, 9. Mussa Diabi, 10. Matteo Qenduzi, 17. Jeff Ren-Adelaid, 18. Nikolya Kozza, 20. Bobakari Somare, 22. Odson Eduard;

 

Ehtiyat oyunçular: 16. Dmitri Bertaud, 5. Dayot Upamekano, 7. Arnaud Nordin, 12. Jan-Rixner Belleqar, 12. Sofian Alakuç, 14. İmran Louza, 15. Jan-Viktor Makenqo, 19. Amin Quiri, 21. Krist-Emmanuel Muassa;

 

Baş məşqçi: Silven Ripoll

 

Azərbaycan (4-1-4-1): 12. Kamran İbrahimov, 2. Amin Seydiyev, 4. Hüseyn Seyliğli, 5. Nihad Tamazov, 7. Fərid Nəbiyev, 9. Rövlan Muradov, 10. İsmayıl İbrahimli (k), 11. Şakir Seyidov, 15. Barış Ekincier, 18. Anton Krivotsyuk, 20. Doğukhan Öksüz;

 

Ehtiyat oyunçular: 22. Nicat Mehbalıyev, 3. Turan Manafov, 8. Rafael Məhərrəmli, 13. Murad Qayalı, 14. Ozancan Kökcü, 16. Süleyman Əhmədov, 17. Elvin Cəfərquliyev, 21. Səbuhi Allahverdizadə, 23. Elçin Mustafayev;

 

Baş məşqçi: Milan Obradoviç





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right