"Azərbaycanın onlarla üz-üzə gəlməsi doğru deyil" Aleksander Çeferin

"Tarix bir çox fərqli vəziyyətləri bilir, ancaq zaman keçdikcə dəyişilir. Rusiya və Ukrayna ilə bağlı vəziyyət də dəyişəcək, bunun baş verməməsinə bir səbəb görmürəm". Newsport.az saytı xəbər verir ki, bu sözləri UEFA-nın prezidenti Aleksander Çeferin deyib.

Rusiya mətbuatına açıqlama verən qitə futbol qurumunun rəhbəri bəzi ölkə komandalarının müxtəlif turnirlərdə üz-üzə gəlməməsinə aydınlıq gətirib.

Çeferin bunun təhlükəsizlik tədbirlərindən qaynaqlandığını vurğulayıb: "Bizim üçün təhlükəsizlik ən vacib məsələlərdən biridi. Turnirlərimizdən hər hansı biri ilə bağlı qərar verərkən hər zaman təhlükəsizliyi nəzərə alırıq. Rusiya və Ukraynanı, Serbiya və Kosovanı, Ermənistan və Azərbaycanı fərqli qruplara ayırırıq. Hətta İspaniya və Cəbəllütariq də eyni qrupa düşə bilmirlər. Təhlükəsizlik baxımından bu ölkə təmsilçilərinin üz-üzə gəlməsi doğru deyil. Təhlükəsizliklə bağlı suallarımız olduqda, problemlərin yarandığını görəndə, milli federasiyalardan müvafiq təkliflər gəldikdə qabaqlayıcı tədbirlər görürük. Bu qərarı UEFA verib və dəyişməyin hələ vaxtı gəlməyib".





Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Sabah