"Qarabağ" Beqoviçin qurtarışlarını paylaşdı

"Qarabağ"ın media xidməti yayda İngiltərə Premyer Liqa təmsilçisi "Bornmut"dan icarəyə götürülən Asmir Beqoviçlə bağlı video paylaşıb.

Newsport.az-ın məlumatına görə, 32 yaşlı qapıçının Azərbaycan Premyer Liqasında keçirdiyi oyunlardakı performansından video hazırlanıb.

Videonun başlığına komandanın baş məşqçisi Qurban Qurbanovun "Sabah"la Premyer Liqanın 7-ci turundan sonra keçirilmiş mətbuat konfransındakı sözləri qeyd edilib. 47 yaşlı mütəxəssis təcrübəli qapıçının komandaya tez uyğunlaşdığını bildirmişdi: "Beqoviç kollektivə tez uyğunlaşdı. Pozitiv insandır, sanki bir neçə ildi burdadır. Heç düşünmürük ki, İngiltərədən gəlib, çox peşəkardır. Təbii ki, bizimlə daha uzun müddət qalmasını istəyərdik".

Bosniya və herseqovinalı qapıçı Premyer Liqada 4 oyun keçirib və qapısında 1 qol görüb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right