"Kayrat"ın sahibi Azərbaycandan danışdı

"Bir gün klubların dövlətdən dotasiya almaqdan imtina edəcəyi an gələcək. Postsovet ölkələrindən çoxu bu dəstəyi almır". Newsport.az saytının məlumatına görə, bunu Qazaxıstanın "Kayrat" klubunun sahibi Kayrat Boranbayev deyib.

53 yaşlı biznesmen Rusiya mətbuatına müsahibəsində keçmiş SSRİ ölkələrinin futbol sektorundakı fəaliyyətindən söz açıb.

Boranbayev klubların artıq qazanc götürməli olduqlarını söyləyib: "Bəlkə səhv edirəm, amma mənə elə gəlir ki, postsovet məkanında yalnız üç çempionatda dövlətin və ya ona yaxın şirkətlərin dəstəyi olur. Bunlar Qazaxıstan, Azərbaycan və Rusiyadı. Bunlar fərqli təbii sərvətlərə sahib ölkələrdi. Buna görə də, görünür, dövlət futbol üçün müəyyən vəsait ayırmağa davam edir. Ancaq vaxt gələcək futbol əsl biznesə çevriləcək. Klublar qazanmalıdılar. Bunu necə etmək, necə qazanc götürmək olar? Bir neçə dəfə analiz etmişik. Ticarətin köməyi ilə, futbolkalar satmaqla qazana biləcəyinizi söyləyirlər. Amma bunlar minusdu".





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right