Fransa səfirliyi ÇL-ə gedən futzalçılara niyə viza verməyib? Zaur Axundovdan açıqlama

Azərbaycan Futzal Federasiyasının prezidenti Zaur Axundov “Araz” klubunun 4 futzalçısının Belçikaya yollana bilməməsinin səbəblərini açıqlayıb.

 

Newsport.az xəbər verir ki, Axundov Fransa səfirliyinə futzalçıların vizası üçün vaxtında müraciət edildiyini deyib:

 

“Onları Belçikaya sənədlərin gecikməsini səbəb göstərib buraxmadılar. Əslində isə biz sentyabrın 23-də bütün sənədləri təhvil vermişdik. Lakin vaxtında bizə xəbər vermədilər. Fransa səfirliyi viza vermədi. Vaxtında xəbər etsəydilər, alternativ yollar axtarardıq. İndi bura cəmi 7 futzalçı ilə gəlmişik. Necə olacağını da bilmirik”.

 

Federasiya prezidenti viza verilməyən 4 komanda üzvünün iranlı olmasına görə bu problemlə üzləşmək ehtimalının olmadığının sözlərinə əlavə edib:

 

“Düşünmürəm ki, sırf iranlı olduqlarına görə belə problemlə üz-üzə qalıblar. Dünyada keçirilən yarışlarda saysız-hesabsız iran idmançıları çıxış edir. Onlar necə viza alıb gedirlər?”

 

Axundov deyib ki, məsələ ilə bağlı UEFA-ya şikayət ediləcək:

 

“Biz Belçikada yarışa qatılacağımızla bağlı UEFA-dan məktub da alıb səfirliyə təqdim etmişdik. Lakin o da kömək olmadı. Yəqin ki, qitə futbol qurumuna bununla bağlı şikayətlərimiz olacaq. AFFA-da öz narazılığını rəsmi şəkildə onlara çatdıracaq”.

 

“Araz” futzal üzrə UEFA Çempionlar Liqasında bu gün Belçikanın “Halle Gooik” klubu ilə qarşılaşacaq. Oyun, saat 22:30-da start götürəcək. (Qafqazinfo)





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right