Yurçeviç: “İlk dəfədi ki, heyətlə bağlı bu qədər ciddi problemlərimiz var”

Oktyabrın 9-da “Bəhreyn Milli Stadionu”nda Bəhreyn yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviç bu oyundan öncə brifinq keçirib.

Newsport.az xəbər verir ki, xorvatiyalı mütəxəssis bunları söyləyib:

“Səfərimiz yaxşı keçdi. Amma ümumilikdə, ilk dəfədi ki, heyətlə bağlı bu qədər ciddi problemlərimiz var. 3 futbolçumuz cəzalı durumdadır 2 futbolçumuzun zədəli olması bəlli idi, son anda isə məlum oldu ki, Qara Qarayevin də zədə ucbatından sabahkı oyunu buraxacağı ilə bağlı ehtimal yüksəkdi. Bununla belə, Bəhreyn yığması ilə yoldaşlıq oyununun Macarıstan millisinə qarşı keçirəcəyimiz qarşılaşmanın qlobal mənada testi, yoxlaması olduğunu düşünmürəm. Bu oyun bəzi futbolçularımızın müxtəlif aspektlərdən nə dərəcədə hazırlıqlı olmasını müəyyənləşdirmək baxımından bizim üçün vacibdi. Təbii ki, daha çox Macarıstan millisi ilə keçirəcəyimiz oyun barədə düşünürük. Hava şəraitinin, yüksək temperaturun bizim üçün problem yarada biləcəyini ehtimal etmirəm. İndiki halda iqlim şərtləri futbolçuların xarakter göstərməsi baxımından əhəmiyyət kəsb edir. İstənilən halda, milli komanda səviyyəsində əhəmiyyətsiz oyun olmur. Yoldaşlıq və ya seçmə mərhələ oyunu olmasından asılı olmayaraq, milli komandanın bütün qarşılaşmaları önəmlidi”.





Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Sabah