“Zirə” Samir Abasovu göndərdi

“Zirə” rəhbərliyi və baş məşqçi Samir Abasovla görüş keçirib. Newsport.az xəbər verir ki, bu barədə məlumatı klub fesybuk səhifəsi vasitəsilə yayıb.

Bildirilir ki, görüş zamanı komandanın cari mövsümdə göstərdiyi oyun və əldə olunan nəticələr müzakirə olunub. Müzakirələrin nəticəsində qarşılıqlı razılaşmaya əsasən klubla baş məşqçi arasında müqaviləyə xitam verilməsi qərara alınıb.

Qeyd edək ki, Premyer Liqanın ilk dövrəsində 8 xal toplayan "Zirə" turnir cədvəlinin 5-ci pilləsində qərarlaşır.

 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right