"Azərbaycanla oyun Xorvatiya ilə görüşdən ağır keçəcək" Marko Rossi

“Xorvatiyaya və Azərbaycanla oyunları düşünürük. İkincinin birincidən ağır keçəcəyini istisna etmək olmaz. Qrupdan çıxmaq şansımızı davam etdirmək üçün Azərbaycana qalib gəlməliyik. Püşkatmadan dərhal sonra demişdim ki, Azərbaycan millisini heç kim qiymətləndirməyə bilməz. Onların sentyabrın ayındakı iki oyunu yaxşı sözlərə layiqdir. Azərbaycana qalib gəlmək üçün ən yaxşı cəhətlərimizin lazım olacağına şübhə etmirəm".

Newsport.az-ın Macarıstan mətbuatına istinadən yaydığı xəbəərə görə, bu sözləri Macarıstan millisinin baş məşqçisi Marko Rossi Avro-2020-nin seçmə mərhələsində Xorvatiya və Azərbaycanla oyunlar öncəsi deyib.

O,  Xorvatiya, Azərbaycan və Uelslə matçlarda qələbə qazanmağa çalışacaqlarını söyləyib: "Amma 3 rəqibin hamısını udacağımızı söyləyəcək qədər dəli deyiləm. Hazırda Avropa çempionatına vəsiqə uğrunda necə mübarizə apardığımızdan danışmaq yaxşıdır. Macarıstanın 4-cü səbətdən çıxdığını unutmayaq".

M.Rossi Xorvatiyada meydana ağ bayraqla çıxmayacaqlarını bildirib: "Xorvatiyada nə olursa-olsun, Azərbaycana qalib gəlməliyik. Biz Xorvatiya ilə Azərbaycanı məğlub edəcəyini Slovakiya – Uels və Uels – Xorvatiya matçlar heç-heçə başa çatacağını düşünürəm. İnanılmaz səslənir. Amma belə də olacaq".

 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right