Teymur Rəcəbov Prezidentə və xanımına təşəkkür etdi

Şahmat üzrə Dünya Kubokunun qalibi Teymur Rəcəbov qələbə münasibətilə onu təbrik edən Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkür edib.

Newsport.az xəbər verir ki, qrossmeyster təşəkkür mesajında bildirib:

“Xoş sözlərə görə və məni bu nailiyyətimdən ötrü təbrik edən Cənab İlham Əliyevə və Birinci xanım Mehriban Əliyevaya təşəkkür edirəm. Mənim bu oyunum və qələbəm həmvətənlərimi qürurlandırmaq və onlara ağlasığmaz olanın belə mümkünlüyünü göstərməkdən başqa bir şey deyil”.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right