"Qarabağ" Avropada 5 komandadan biridir

Avropanın futbol üzrə yüksək dəstələrində yüzfaizlik nəticəyə malik komandaların sayı 5-ə enib.

Newsport.az-ın məlumatına görə, bu, “İnter”in İtaliya A Seriyasının VII turunda evdə “Yuventus”a 1:2 hesablı məğlubiyyətindən sonra baş verib.

Hazırda milli çempionatlarda bütün oyunlarda qalib gələn kollektivlər arasında “Qarabağ” da var. Premyer Liqada ardıcıl 7 qələbə qazanan Ağdam təmsilçisi 21 xalla vahid liderdir.

Bundan başqa, Ukraynada “Şaxtyor” 10, İngiltərədə isə “Liverpul” 8 matçda qalib gəlməklə turnir cədvəlinə başçılıq edir.

Avropa Liqasında “Qarabağ”la eyni qrupda yer alan Kipr təmsilçisi APOEL isə bütün görüşlərdən zəfərlə ayrılsa da, milli çempionatda zirvədə qərarlaşımayıb. Səbəb avrokubok matçları ilə əlaqədar nikosiyalıların 3 qarşılaşmasının təxirə salınmasıdır. Ona görə də APOEL hazırda 6 xalla 8-ci sıradadır.

“Tre Penne” isə San Marinoda keçirdiyi hər 3 oyunda qalib gəlib. Həvəskar status daşıyan çempionatda B qrupunda yer alan komanda hazırda liderdir.

Qeyd edək ki, “Qarabağ” Azərbaycan Premyer Liqasında son 6 mövsümün qalibi olub. 1992-ci ildən keçirilən ölkə çempionatlarının tarixində 7-ci dəfə komandalardan biri ilk 7 turda xal itirmir. İndiyədək qeydə alınmış 6 belə hadisəyə 3 komanda imza atıb. “Neftçi” 4, “Şəfa” və “Xəzər Lənkəran” hərəyə 1 dəfə uğurlu startla fərqlənib. “Qarabağ” isə bunu bacaran 4-cü klub kimi tarixə düşüb (Report).





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right