"Qarabağ"la oyun unudulmaz idi" "Düdelanj"ın müdafiəçisi

Düdelanj"ın müdafiəçisi Tibo Leskua Lüksemburq mətbuatına danışıb.
 
Newsport.az xəbər verir ki, Leskua Avropa Liqasının qrup mərhələsinin ikinci turunda “Qarabağ”a qarşı oyunu özü üçün unudulmaz hesab etdiyini bildirib. O, Ağdam klubu ilə görüşdə uğursuzluğa baxmayaraq, AL-də ilk oyunu olduğuna görə həmin matçı unudulmaz adlandırıb:
 
"Mənim üçün ən unudulmaz oyun? Bir müddət əvvəl “Qarabağ”a qarşı keçirdiyimiz matçı qeyd edərdim. Çünki həmin oyunda ilk dəfə Avropa Liqasının qrup mərhələsində start heyətində meydana çıxdım. Hesaba baxmayaraq, məncə, əla təcrübə idi. "Qarabağ" kimi yaxşı komandaya qarşı oyunu unutmayacam. Bu cür qarşılaşmalardan sonra hələ də işləməli olduğunu başa düşürsən.
 
İki turdan sonra üç xalımız var. APOEL-i səfərdə məğlub edərək irəliyə doğru yaxşı addım atdıq. "Qarabağ"a qarşı oyun isə çətin alındı. Onlar ilk görüşdəki məğlubiyyətdən sonra bizə ciddi yanaşdılar".




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right