"Azərbaycanla oyunda iştirakına inanmıram" Giqqz

AVRO-2020-nin seçmə mərhələsində Azərbaycan millisi ilə eyni qrupda yer alan Uels yığmasında bir futbolçunun yoxluğu məşqçilər korpusunu narahat edir.

Newsport.az xəbər verir ki, yarımmüdafiəçi Devid Bruks zədədən əziyyət çəkir.

Dizindəki zədə ucbatından artıq bir müddətdir klubu "Bornmut"da da oyunlara çıxmayan 22 yaşlı hücumameyilli yarımmüdafiəçi bu ay seçmə mərhələnin Slovakiya və Xorvatiya ilə keçiriləcək görüşlərini buraxacaq.

Baş məşqçi Rayan Giqqz aparıcı oyunçunun hətta seçmə mərhələdən kənarda qalmaq ehtimalının böyük olduğunu söyləyib: "Devidin hələ bir ay fərdi məşqlər, bərpa hazırlığı keçməsi gözlənilir.

Hətta noyabrda sağalsa belə, uzun müddət oynamadığı üçün formada olmayacaq. Dönüşü noyabra gözlənilir. Ancaq dərhal da milliyə çağırmağı düşünmürük. Bu səbəbdən Uiksin gələn ay Azərbaycan və Macarıstanla keçiriləcək son matçlarda iştirakına inanmıram".

Uels yığması noyabrın 16-da Bakıda Azərbaycan millisinin qonağı olacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right