Mahir Emreli millinin heyətindən çıxarıldı

Azərbaycan millisinin heyətində daha bir dəyişiklik edilib. Newsport.az xəbər verir ki, "Qarabağ"ın oyunçusu Mahir Emreli heyətdən çıxarılıb.

Gənc futbolçu Premyer Liqanın VII turunda "Sabah"la qarşılaşmada zədələndiyi üçün yığmadan kənarda qalıb. Baş məşqçi Nikola Yurçeviç onun əvəzinə "Neftçi"nin yarımmüdafiəçisi Namik Ələsgərova dəvət göndərib.

Qeyd edək ki, millimiz oktyabrın 9-da Bəhreynlə yoldaşlıq oyunu keçirəcək, 13-də isə AVRO-2020-nin seçmə mərhələsində Macarıstanla qarşılaşacaq.

 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right