Ufuk Budak “fərqləndi”, “Altınordu”...

Futbol üzrə Türkiyə 1-ci liqasında 7-ci turun oyunları keçirilib. Newsport.az xəbər verir ki, Azərbaycan yığmasının sabiq üzvü Ufuk Budakın formasını geyindiyi “Altınordu” da növbəti matçına çıxıb.
 
Sözügedən kollektiv səfərdə “Ərzurumspor”la qarşılaşıb. Ufukun komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 0:1.
 
Ufuk da bu görüşün iştirakçısı olub. Start heyətdə meydana çıxan millimizin sabiq üzvü sonadək oynayıb. O, 90+3-cü dəqiqədə sarı vərəqə ilə cəzalanıb.
 
“Altınordu” hazırda 5 xalla 18 iştirakçı arasında 15-ci pillədə qərarlaşıb.




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right