"Bunun səbəbini araşdıracağıq" - Rövşən Babayev

 “Sabah”ın məşqçisi Rövşən Babayev Azərbaycan Premyer Liqasının 7-ci turunda "Qarabağ"la oyundan (0:2) sonra mətbuat konfransı keçirib.

Newsport.az saytının məlumatına görə, o, əvvəlcə matç haqda danışıb.

- Ruslan Abışovla Cavib İmamverdiyev niyə oynamırdı?
- Zədələri var idi. Cavid 10-15 gün oynamayacaq, Ruslan yaxın zamanda məşqlərə başlayacaq.

- Coşqun Diniyev sanki əvəzlənməsindən narazı idi...
- Özü istəmişdi.

- Məğlubiyyətin səbəbi nə idi?
- Uşaqlara minnətdarıq ki, əzmkar oyun göstərdilər. Həftəboyu yaxşı işləmişdilər. Nə bacardılarsa, onu etdilər.

- “Qarabağ” dövrə ərzindəcəmi 1 qol buraxıb. Onlara qol vurmaq belə çətindi?
- Şanssızlıqdı səbəb. Bizim imkanlarımız oldu, yararlana bilmədik.

- Komanda sonuncudu. Buna görə də futbolçulara təşəkkür edirsiz?
- Yox. Bugünkü oyuna görə təşəkür etdim.

- Sonuncu olmağınızda səbəb nədi?
- Çalışacağıq ki, fasilədən sonra xallarımızı toplayaq. Səbəbi öz aramızda araşdıracağıq.

- Fasilədə baş məşqçi məsələsi həllini tapacaq?
- Bu, rəhbərliyə aid məsələdi.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right