"Hesab oyuna görə oldu" - Elmar Baxşıyev

Azərbaycan Premyer Liqasının VII turunun “Zirə” – “Qəbələ” oyunundan (1:1) sonra “qırmızı-qaralar”ın çalışdırıcısı Elmar Baxşıyevin mətbuat konfransı keçirilib.

Newsport.az saytının məlumatına görə, 38 yaşlı mütəxəssis oyunu şərh edib:

“Bilirdik ki, bizi çətin oyun gözləyir. Həftəlik hazırlığımızı da buna yönəltmişdik. “Neftçi” ilə görüşdən sonra komandanı psixoloji hazırlamaq bir az çətin idi. Bu qarşılaşmada psixoloji baxımdan eniş yaşamadıq. “Zirə” yaxşı komandadır, iddialı rəqibdir. Heyətində yaxşı yerli və legioner futbolçular var.

Komandanın oyunundan razıyıq. Komandada istədiyimiz əzmkarlığı görürük. Oyundan oyuna istədiyimiz keyfiyyəti verir. Heç-heçə oyuna görədir. Həm bizim, həm rəqibin imkanları oldu. Davit Volkov meydanda bizim tapşırıqları maksimum yerinə yetirir. Ona iradımız yoxdur. Sadəcə epizodlardan dəyərləndirə bilmir. Düşünürəm ki, qarşıdakı matçlarda bu da qaydasına düşəcək”.

 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right